Təhlükəsizlik

 

 

 

 

TƏHLÜKƏSİZLİK

Təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara nəzarət güclü olmalıdır. Bu barədə texnikalar həmin ərazilərdə işləmədən öncə mütləq icarəyə verən ilə icarəyə götürən arasında bağlanılan icarə müqaviləsində öz əksini tapmalıdır.

OPERATORUN MƏSULİYYƏTLİLİK TƏLƏBİ
∎ Operatorler üçün təhlükəsizlik ən vacib amildir. Çalisacagi sahənin təhlükəsizliyi öncədən əhatələnməlidir ;
∎ İşləyəcəyi kranı, güzgüsünü və şüşələrini daim təmiz saxlamalıdır ;
∎ İşə başlamadan öncə bütün açarları və dəstləri qutusuna yerləşdirməlidir
∎ Operatorun daim yanında kran yük qaldırma cədvəli olmalıdır ;
∎ Qaldırılacaq olan yükü qaldırmadan öncə yük və məsafə cədvəlində qeyd edilən göstəricilərə uyğun şəkildə qaldırmalıdır ;
∎ İşləyəcəyi sahənin əhatəsinə xəbərdarlıq lövhələr yerləşdirilməli və həmin ərazi bariyerlərlə əhatələnməlidir ;

Kran operatorlarından qoruyucu vasitələrin tələbi

∎Təhlükəsizlik üçün nəzərdə tutulan ayaqqabı (ucu dəmirli, altı lastikli)
∎ Təhlükəsizlik kaskası (bareti)
∎ İş geyimi (rahat hərəkət edilə bilən)
∎ Toz gözlügü (İşin vəziyyətinə görə dəyişik ola bilər)
∎ İşıq gözlügü (İşin vəziyyətinə görə dəyişik ola bilər)
∎ Toz maskası (İşin vəziyyətinə görə dəyişik ola bilər)
∎ Qulaq tıxacı (İşin vəziyyətinə görə dəyişik ola bilər)

Operatorlarımız və ilməçilərimizdə mövcud olan təhlükəsizlik sənədlər toplusu:

∎ Əmək müqaviləsi ;

∎ Dövlət Sosial Müdafiə fondu şəhədatnaməsi ;

∎ FHN operatorluq vəsiqəsi ;

∎ FHN ilməçilik vəsiqəsi ;

∎ İş təhlükəsizlik sertifikatı ;

∎ Sağlamlıq raporu (Beynəlxalq Medical Hospital)

∎ İş təhlükəsizlik avadanlıqları (Sezonlara görə dəyişik iş paltarları, kaska, iş ayaqqabıları, gözlük, əlcək, və sairə)

∎ Operator və ilməçilərimizə günlük, aylıq və illik iş təhlükəsizlik qayda və qanunları keçirilir və mühəndislərimiz tərəfindən iş təhlükəsizlik kitabında iki tərəfli imzalanaraq təsdiqlənilir ;

Kranlara görə mövcud təhlükəsizlik sənədlər toplusu:

∎ Kranların periodik və əsaslı baxımları haqqında rapor ;

∎ Kranların texniki sazlığına cavabdehliyi Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin səlahiyyətli inspektorları tərəfindən təhlükəsizlik kitabında “texniki baxışın nəticələrinin qeydi” səhifəsində qeyd olunaraq imza və möhürləri ilə təsdiqlənilir ;

∎ Kranların Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən verilən sertifikatları ;

∎ Kranların BP sahələrində işləmələri üçün xüsusi şirkətlərdən alınan sertifikatlar ;

∎ Bütün risklərə qarşı kasko siğortaları ;

∎ Kranlarda mövcud yanğın söndürənlər və ilk tibbi yardım qutuları və sairə.

KRANLARIN İŞƏ BAŞLAMADAN ÖNCƏ HAZIRLIQLARI

Ümumi nəzarət: Kranların ümumi görüntüsü kontrol edilir, kranlarda mövcud hər hansı bir avadanıq və ya əşyasının olub olmadığı yoxlanılır. Daha sonra, akkumilyator, işıqlandırıcılar, siqnal sistemləri, akkumilyator bağlantısı, elektrik avadanlıqları yoxlanılır. Bundan başqa teleskop, kruq, tros, tambur makarası, pim kimi hissələri əllə və gözlə yoxlanışı aparılır.

Yoxlanış bununla kifayətlənmir, iş əsnasında da davam etdirili. Məsələn yük havada asılı olduğu halda belə (qaldırma – endirmə) fren kontrolları keçirilir, bu proses hardasa 30 dəqiqə sürür. Daha sonra bağlantı hissələrinin hamısı möhkəm bağlanılıb bağlanılmamağı da aparılmalıdır ki hər hansı bir fəsadla üzləşilməsin.

Yüklərə görə gəldikdə isə

∎ Uyğun teleskop uzunluğu ;

∎ Uyğun tros uzunluğu ;

∎ Uyğun yük məsafəsi ;

∎ Uyğun qaldırma yüksəkliyi ;

∎ Uyğun teleskop (bom) açılması  kimi göstəricilər seçilərək aparılmalıdır.

Qaldırılacaq olan yükü qaldırmadan öncə test üçün yük yerdən 100 – 200 mm məsafə olaraq qaldırılır və ən az 10 dəqiqə havada asılı vəziyyətdə saxlanılır. Bu arada outriggerlər açılır, basılı və seçilən yükdə 360 dərəcə ayaq liftlərində iç və çöl qaçaqların olub olmaması təkrar olaraq kontrol edilir. Bu kontrol çox önəmlidir. Outriggerlər bərabər şəkildə olacaq və təkərlər də yerdən kəsəcək şəkildə qaldırılacaq. Həmçinin kranın hər hansı bir yerində çat, zədə, hidravlik yağ sızma və axıntısı və bağlantı yerlərində boşluqlar kimi hallar qətiyyən olmamalıdır.

Unutmayaq ki, iş təhlükəsizliyi hər şeydən vacibdir!