Haqqımızda

Xoş Gəlmisiniz!

Kran sektoru günümüzdə sürətlə önəm qazanan əhəmiyyətli bir sektordur. Günü-gündən gözəlləşən ölkəmizdə inşaatın davam etdiyi bir zamanda qaldırıcı kranlara böyük ehtiyac duyulur. Buna görə də illərin təcrübəsini özündə əks etdirən “Nar Crane” şirkəti Sizə növündən, tipindən, markasından, modelindən, qaldırma qabiliyyətindən, konfiqurasiyasından asılı olmayaraq hər növ qaldırıcı kranların icarəsini təklif edir. 25 tondan 1200 tona kimi mobil kranları, 50 tondan 2200 tona kimi tırtıllı kranları, 25 tondan 120 tona kimi traktor tipli kranları və digər növlərdə və tonajlarda olan kranları həm Bakı şəhəri ərazisində, həm də şəhər xarici – Azərbaycanın istənilən rayonlarında yüksək keyfiyyətlə icarəyə veririk. Ən uzun teleskoplu kranları təmin edən, ən təcrübəli işçi heyyəti ilə özündə müştəri məmnuniyyətini əks etdirən, təhlükəsizliyə önəm verən “Nar Crane” şirkəti texnikaları günlük, həftəlik, aylıq, illik icarə müddətləri əsasında uyğun qiymətlərə icarəyə verir, 7 gün, 24 saat xidmət göstərir. Kiralıq mobil kranlar, teleskopik kranlar, səbətli kranlar, hiaplar, forkliftlər, çəkicilər, tırlar və lowbedlər, platformlar, səbətli platformlar, manitou və teleskoplu forkliftlər, tele handler xidmətlərimiz ilə qaldırma, endirmə, yükləmə, boşaltma, montaj, demontaj, nəqliyyat, daşıma, tahmil, təhliyyə, qurtarma, sökmə və hər növ ağır nəqliyyat işlərimiz istər günluk 10 saat 1 operatorla ya da 24 saat 2 operatorla təkliflərimiz mövcuddur. Görülməsini istədiyiniz işlərin ən sürətli, ən əmin, ən verimli və təhlükəsiz bir şəkildə tamamlayacağımızdan əmin ola bilərsiniz.
Həm yerli, həm də xarici işçi heyyətimizdən ibarət olan şirkətimiz texniki dəstək və danişmanlıq kimi səciyyəvi xüsusiyyətlərə də malikdir. Belə ki, həm Azərbaycanda həm də Azərbaycandan kənar – Rusiya Federasiyası, Türkiyə, Almaniya, Əlcəzair, Liviya kimi respublikalarda uzun müddət təcrübə toplayan formenlərimiz iş sahələrinə şirkətimizə məxsus xidməti maşınlarda gedərək, iş sahələrində görüləcək olan – qaldırılacaq və endiriləcək, yükləniləcək və boşaldılacaq, montaj və demontaj işlərində iş öncəsi problemləri aradan qaldırmaq üçün fikir yürüdür, məsləhətlər verir, xüsusi kran yük qaldırma proqramımızda bütün hesab işləri dəqiqliklə aparıldıqdan sonra “qaldırma planı” nı təqdim edirlər. Kranlarımızın periodik baxımları vaxtı vaxtında həyata keçirilir, kranlarımıza iş sahələrinə getməzdən öncə ful baxım keçiririk, iş sahələrinə təhlükəsiz getmələri barədə təsdiq raporları imzalanılır, operator və ilməçilərimizə isə bir daha texniki təhlükəsizlik qaydaları xatırladılır. Bunları isə xüsusi mütəxəssisimiz icra edir. Kranlarımızın Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən hazırlanan texniki təhlükəsizlik kitabları və texniki təhlükəsizlik sertifikatları mövcud olub, bunlar da təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğu və avadanlıqları texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ (texniki) sənədlərin tələblərinə uyğun olaraq istismar etməyə əsas gətirirlər. Kranlarda aparılan texniki sınağın nəticələrinə görə kranların istismarına icazə verilir. Biz də öz növbəmizdə kranlar üzrə qaydaların və yük qaldırma xarakteristikalarının tələblərinə əməl edirik. Bundan başqa bütün operatorlarımız isə ən yüksək 6-cı dərəcəli operatorluq vəsiqələrinə və təhlükəsizlik sertifikatlarına malikdirlər.

Məmnuniyyətlə bildirmək isəyirik ki, mövcud olan gücümüz, bilik və qabiliyyətimiz və əldə etdiyimiz müştəri məmnuniyyətimiz qazandığımız illərin təcrübəsinə əsaslanır. İşə girişmələrimizi və qarşımıza qoyduğumuz hədəflərimizi tamamlamaq üçün layihələrdə başlanğıcdan sona qədər bütün xidmətlərimizi verə bilən və bütöv kran əməliyyatlarını, daşıma, montaj-demontaj, mühəndislik, qaldırma texnalogiyalarının bütün alternativləri və layihədə yer alan digər xidmət və işləmlərin yerinə yetirilməsi, bununla da bir təşkilata dönüşməmiz kifayət etmir, həmçinin əldə etdiyimiz fundament, iradə, gücümüz və iş ortaqlarımızla dünyanın hər yerinə getməyə hazır olduğumuzu bildirməkdir.
Yuxarıda qeyd etdiyimiz açıqlamalarımızdan hərəkətlə, sizlərə sadəcə kran və digər ağır texnikaları təqdim etmək deyil, həmçinin də çözüm ortağı olaraq da xidmət göstərməkdən məmnun olacağımızı özəlliklə bildirmək istərdik.
∎ AĞIR QALDIRMA VƏ BUNA İSTİNADƏN PLANLAMA LAYİHƏSİ HAZIRLANMASI
∎ HƏR NÖVDƏ KRAN VƏ QALDIRMA SİSTEMLƏRİ İCARƏSİ
∎ LAYİHƏ HAZIRLAMA VƏ PLANLAMASI
∎ MÜHƏNDİSLİK VƏ TEXNİKİ DƏSTƏK
∎ MONTAJ VƏ DEMONTAJ
∎ AĞIR NƏQLİYYAT
İmkanlarımız və qabiliyyətlərimizlə digər tamamlayıcı xidmətlərimiz ilə ədə gündəmdəyik:
∎ GÖMRÜK XİDMƏTLƏRİ (AZƏRBAYCAN RESPUBLİKASI VƏ İSTƏNİLƏN XARİCİ ÖLKƏ)
∎ GÖMRÜK XİDMƏTLƏRİ (SƏRBƏST DÖVRİYYƏ, MÜVƏQQƏTİ İDXAL VƏ MÜVƏQQƏTİ İXRAC)
∎ LİMAN VƏ NƏQLİYYAT İŞLƏMLƏRİ VƏ SƏNƏDLƏŞMƏLƏRİ (AZƏRBAYCAN RESPUBLİKASI VƏ İSTƏNİLƏN XARİCİ ÖLKƏ)
∎ NƏQLİYYAT (AZƏRBAYCAN RESPUBLİKASI VƏ İSTƏNİLƏN XARİCİ ÖLKƏ)
∎ TƏSLİMAT (AZƏRBAYCAN RESPUBLİKASI VƏ İSTƏNİLƏN XARİCİ ÖLKƏ)
Fəaliyyətimizi sağlam,bütün əməliyyat və layihələrimizi planlamaq, uyğulamaq, nəzarətdə saxlamaq və tamamlamaq üçün daha da əzimlə işləyib Azərbaycanımıza layiq olmağa çalışırıq !